Xalq artisti Arif Quliyev çəkildiyi filmlərdən danışarkən gözlənilməz açıqlama verib.
"ARB TV"nin "Evgördü" verilişində bildirib ki, sonuncu filmə çəkildiyi zaman ona pul atıblar: "Filmlərdə çəkilirəm, arada toylara gedirdim. Beyin sinirlərindən əməliyyat olundum. Həkim mənə dedi ki, səsli yerlərə getmə. Son illərdə bir filmə çəkildim. Baş rolda olduğuma görə 7000 manat verdilər. Bu yaxınlarda isə bir filmdə rol aldım, qonorarımı vermədilər. Dedilər, nümayiş edilsin, hörmət edəcəyik. Film göstərildi, getdim ofisə ki, oradan köçüblər".
MediaFax