Müsavat başqanı Arif Hacılının oğlunun Polşadan siyasi sığınacaq alması barədə xəbərlər yayılıb.
"Vətəninfo” saytının yazdığına görə, Müsavat başqanın oğlu Polşanın müvafiq orqanlarına bir müddət əvvəl müraciət edib və ona siyasi sığınacaq 2016-cı ilin sonunda verilib.
"Qafqazinfo” məlumatı dəqiqləşdirmək üçün Arif Hacılı ilə əlaqə saxlayıb. O bildirib ki, oğlu Orxan Hacılı Polşada magistratura təhsilini davam etdirir: "O siyasi sığınacaq üçün heç bir yerə müraciət etməyib. Hazırda isə Bakıdadır”.
MediaFax