Türkiyə millisinin Avro-2016-dan bəri davam edən pul mükafatı davası hələ bitməyib.
Məsələ Türkiyə Böyük Millət Məclisinə (TBMM) kimi uzayıb.
Məclisdən gələn sorğuya cavab yollayan Türkiyə Futbol Federasiyası (TFF) mükafatların dövlət büdcəsindən olmadığını bildirib. Ümumiyyətlə, federasiya rəsmiləri yığma komandanın futbolçuları ilə baş məşqçi Fatih Terim arasında mükafat davası olmadığını və yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.
"Hürriyət” qəzetinin yazdığına görə TFF-nin TBMM-ə göndərdiyi sorğuda "xəbərlər doğru deyil, mükafatlar TFF-də qəbul edilən büdcədən verilir. Bunun isə dövlət büdcəsinə bağlılığı yoxdur”./qafqazinfo.az/
MediaFax