Arda qərarını açıqladı

Arda Turan "Barselona”da ayrılmaq fikrində deyil. 

Türkiyəli futbolçu "NTV Spor”a müsahibəsində Kataloniya klubunda özünü xoşbəxt hiss etdiyini bildirib: 

"Qəzetlərdə Çindən təklif aldığım barədə xəbərləri oxudum. Bu, sadəcə şaiyədir. "Barselona”da xoşbəxtəm. Müqaviləyə əsasən, 33 yaşıma kimi katalonların formasını geyəcəyəm. Böyük klubda çıxış edirəm. Başqa nə istəyə bilərəm ki?”

Qeyd edək ki, cari mövsüm Arda "Barsa”nın heyətində meydana çıxdığı 19 oyunda 11 qol vurub./qol.az/

MediaFax