Arda karyerasını başa vurur?

"Barcelona”nın yarımmüdafiəçisi, məşhur türk futbolçu Arda Turan karyerası ilə bağlı önəmli qərar varib.

Türkiyə mətbuatı xəbər verir ki, Arda Turan Türkiyə millisində karyerasını başa vurmağa hazırlaşır. Məlumatda bildirilir ki, Ardanın belə bir qərar verməsinə millinin baş məşqçisi Fatih Terim səbəb olub. Baş məşqçi Arda Turanı növbəti dəfə (Ukrayna və İslandiya ilə oyunlar üçün) komandaya dəvət etməyib. Bundan sonra məşhur futbolçu millidəki karyerasını bitirmək qərarı verib.

İddiaya görə, yaxın ətrafı Ardanı bu fikrindən daşındırmağa çalışsa da, o, qərarında qətidir. Onun gələn həftənin əvvəli bununla bağlı qərarı açıqlayacağı da gözlənilir.

Qeyd edək ki, Terimlə Turan arasında münaqişə "Avro-2016”da mükafat məsələsinə görə yaranıb. Bundan sonra "Barcelona”lı futbolçu yaxşı oyun göstərməsinə baxmayaraq milliyə dəvət edilməyib. Fatih Terim Ardaya xitabən "Türk xalqından üzr istəmələri” lazımdır fikrinə Arda qatıldığı bir televiziya verilişində "Mən üzr istəniləcək bir şey etməmişəm” deyə cavab verib./aznews.az/

MediaFax