Bir neçə ay öncə "Azerspace-1" peykində yayımı dayandırılan "İnterAz" TV-nin tanınmış aparıcısı İlkin Nadirov gözlənilmədən işdən çıxarılıb.
Bu barədə "Salamnews"dan məlumat daxil olub.
Məlumata görə, jurnalistin işdən qəfil kənarlaşdırılması ilə bağlı konkret səbəb göstərilməyib.
İlkin Nadirovun aparıcılıq etdiyi "Antrakt", "7-ci gün" analitik informasiya proqramları da yarımçıq qalıb. Aparıcı "İnterAz"ın efirindən sonuncu dəfə tamaşaçılarla sağollaşıb və hər kəsi dövlətlə bir olmağa səsləyib.
Məsələ ilə bağlı İlkin Nadirov Publika.az-a açıqlamasında xəbərin doğru olduğunu təsdiqləyərək işdən səbəbsiz yerə çıxarıldığını bildirib:
"İşdən çıxarılmağımla bağlı heç bir səbəb göstərilməyib. Ancaq güman edirəm ki, mən "İnterAz"ın İdarə Heyəti üzvləri arasında mövcud olan şəxsi intriqaların güdazına getmişəm. Ancaq Allah hər şeyi görür, özü də cəzalandıracaq. İşsizliyim cəmi üç gün çəkdi, hazırda bir holdinqdə mətbuat katibi vəzifəsində çalışıram".
MediaFax