ANS-in işsiz jurnalistlərinin yeni iş yeri...

Yayımı dayandırılan ANS TV-nin işsiz qalan jurnalistləri "İnterAz” internet televiziyasına keçib.

Artıq ANS TV-nin keçmiş əməkdaşları - Vüsal Süleyman, Kəmalə Əliisgəndərqızı, Məmmədağa Vəliyev, Azər İsrafilov, Vəfa Təyyarqızı, Sevinc Eminzadə və digərləri "İnterAz” TV-də işə başlayıblar.

Keçmiş ANS-çi Kəmalə Əliisgəndərqızı "İnterAz”ın Xəbərlər bölməsinin rəhbəri təyin edilib, Vüsal Süleyman isə idman bölməsindən siyasət bölməsinə keçirilib.

Eyni zamanda "İnterAz” TV-nin əvvəlki əməkdaşlarının əksəriyyətinə də yeni iş yerləri axtarmaları barədə xəbərdarlıq edilib.

"İnterAz” rəhbərliyi bundan sonra TV-nin "ANS" kimi xəbərə daha çox üstünlük verəcəyini bildirib./publika.az/

MediaFax