Məşhur azərbaycanlı oliqarxlardan biri bu yaxınlarda yayımı dayandırılan ANS-in hissələrini almaq üçün şirkət rəhbərliyinə təklif göndərib.
Telekanalın və radionun yayımı dayandırılmadan öncə Rusiyada fəaliyyət göstərən oliqarx bu kanalı almaq üçün ANS rəhbərliyi ilə danışıqlar aparıb. Danışıqlar zamanı ANS-in hissələrinin alınması üçün 50 milyon dollar təklif edilib. Bu vəsaitin qarşılığında isə o, ANS kanalının 80 faizinə sahiblənmək istəyib. Amma ANS rəhbərliyi bundan imtina edib.
Bu günlərdə həmin iş adamı yenidən ANS rəhbərliyi ilə təmas yaradıb və 5 milyon dollar qarşılığında kanalın 51 faizinə sahiblənməyi təklif edib.
ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov saytımıza məsələ ilə bağlı hansısa məlumata malik olmadığını söyləyib./publika.az/
MediaFax