“Anderlext” Bakıya gəlir

"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Anderlext"in futbolçusu Aleksandru Kipçu sıradan çıxıb.

Ölkə çempionatında "Zulte Varegem"lə matçda zədələnən 27 yaşlı hücumameyilli yarımmüdafiəçinin 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

Rumıniyalı futbolçu Avropa Liqasının qrup mərhələsinin V turunda keçiriləcək "Qəbələ" - "Anderlext" matçını buraxacaq.

Qeyd edək ki, "Qəbələ" - "Anderlext" görüşü noyabrın 24-ü, saat 20:00-da keçiriləcək.

MediaFax