Anası Bakıya gəlmək istəyir

Blogger Aleksandr Lapşinin anası oğlunun üzərində məhkəmə prosesini izləmək üçün Azərbaycana gəlmək istəyir.

Virtualaz.org İsrail KİV-ə istinadən bildirir ki, bunu bloggerin bacısı Yuliya deyib.

"Mənim anam, məhkəmə prosesinin gedişini yerində izləmək üçün, Bakıya mümkün qədər tez yola düşmək istəyir”, - deyə fevralın 7-də Minskdən Bakıya ekstradisiya olunmuş Lapşinin bacısı bildirib.

Xatırladaq ki, bundan əvvəl bloggerin İsrail vətəndaşı olan anası oğulunu əfv etməsi xahişi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib. O, məktubunu İsrailin Xarici İşlər Nazirliyinə göndərib, oradan isə onu Azərbaycan tərəfinə çatdırıblar.

MediaFax