ABŞ-ın 45-ci prezidenti Donalt Trampın inaqurasiya mərasiminə dünyanın müxtəlif ölkəsindən qonaqlar dəvət olunsa da, Azərbaycandan Ziya Məmmədovun oğlu Anar Məmmədovun qatılacağı deyilirdi.
Dünən keçirilən andiçmə tədbirində Anar Məmmədovun iştirak etmədiyi məlum olub. Belə görünür ki, nazir oğlu sözügedən məclisə dəvət almayıb.
Qeyd edək ki, biznesmen Anar Məmmədovun Donald Trampla iş birliyinin olması haqda yerli və xarici mediada kifayət qədər məlumat yayımlanıb. Tramp hətta Bakıda tikilən "Trump Tower”i də Ziya Məmmədovun oğlu ilə ortaq inşa etdirib.
Bu arada bildirək ki, ötən həftə Bakının Nəsimi rayonu ərazisində yerləşən "Tramp” plazada dəyişiklik edilib. Belə ki, otelinin adındakı "Trump Tower” sözü sökülüb./qafqazinfo.az/
MediaFax