2 ay bundan əvvəl başımıza faciə gəldi: anam həkimin səhvi ucbatından qəflətən dünyasını dəyişdi. Ağır xəstə deyildi, gözünə mirvari suyu yığılmışdı, müalicə alırdı.
Bu sözləri aparıcı Lətafət Ələkbərova "Gəlin danışaq” verilişində anasının vəfatı haqda danışarkən deyib. O, anasını həkimlərin öldürdüyünü bildirib:
"Bir gün bacım zəng elədi ki, anam sənin apardığın həkimə getmək istəmir. Özümü bağışlamıram... Kaş gedib onu fikrindən döndərərdim. Bacım dedi ki, qoy təzə tapdığı həkimə getsin, qayıdanda sən deyən həkimə apararıq. Səhər duranda da zəng etmədim ki, qoy gedib gəlsinlər, sonra gedərəm. Hətta gedib onunla dalaşmağı da gözə almışdım. Bacım gəlib dedi ki, anamız əməliyyata girib. Dəhşətə gəldim, çünki onun şəkəri və astması var idi. Uşağı məktəbdən gətirəndə anamın ölüm xəbəri gəldi. Özümə gələndən 2 gün sonra həkimin üstünə getdim. Əməliyyatdan əvvəl qardaşlarıma ərizə yazdırmışdılar deyə, iş işdən keçmişdi. Anamın astması olduğu üçün iynə vuranda boğulub. Biz onu həkimin səhvi ucbatından itirdik”./axar.az/
MediaFax