Ana və körpə ölümlərinin sayı açıqlanıb

Ötən il doğuş zamanı ana ölümünün sayı azalıb.

Səhiyyə Nazirliyindən saytımıza verilən məlumatda deyilir ki, ana ölüm əmsalı 22-ə enib.

"Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” həyata keçirilir. Buna görə də, ana ölümlərinin sayı son iki ilin göstəricisinə nisbətən azalıb.
 
Eləcə də, körpə ölümü göstəricisi beynəlxalq diridoğulma meyarları nəzərə alınmaqla 11,2 promilli təşkil edib”, - xəbərdə qeyd edilir.

Qeyd edək ki, 2015-ci il yanvarın 1-dən diridoğulmanın beynəlxalq meyarlarının tətbiqinə başlanılıb. İndiyədək 1000 qramdan az çəki ilə doğulmuş 295 yenidoğulmuşdan 135-ni xilas etmək mümkün olub./virtualaz.org/

MediaFax