Amerikalıların İraqa girişi qadağan olundu

İraq hökuməti ABŞ prezidenti Donald Trampın qərarına cavab olaraq, ABŞ vətəndaşlarının 90 gün müddətində ölkəyə girişinə qadağa qoyub.
 
ABŞ ilə tamamilə eyni qərarı tətbiq edən hökumət, 90 gün ərzində ABŞ vətəndaşlarını ölkəyə buraxmayacaq, vizası olanları isə ləğv etdirəcək.

İraqda İŞİD ilə mübarizə aparan milis qüvvələri olan İraq Xalq Səfərbərliyi Trampın qərarından sonra ABŞ vətəndaşlarının deportasiyasını tələb edib. Bildirilir ki, ABŞ qərarı ləğv edərsə, İraq da həmin addımı atacaq./musavat.com/

MediaFax