Amerikalı ovçular da onlar qarşısında acizdir

ABŞ-ın Florida ştatını nəhəng pitonlar zəbt edib.
 
Əvvəllər meşələrin dərinliyində və bataqlıqlarda məskən salan uzunluğu 5 metrə çatan ilanlar yarımadaya başqa qitədən gəliblər. Onların basqınlarının qarşısını almaqda amerikalı ovçular da aciz qalıblar.

Lenta.ru xəbər verir ki, ştatda ilanların tutulması üçün xüsusi ekspedisiya təşkil olunub. Florida Universitetinin dəvəti ilə Hindistandan yanvar ayının əvvəlində ovçular gəlib. Onlar tərcüməçilərin, bioloqların və iki Labradorun müşayiəti ilə bataqlıqları dolaşıblar. Ekpedisiya üzvləri pitonları nüvə bazasında yaxalayıblar.

Bazada soyuq müharibənın qızğın çağında nüvə döyüş başlıqlarıyla "Nayk-Herkules" raketləri yerləşdirilib. 1979-cu ildən boş qalan beton bunkerlərin yanında indi ilanlar məskən salıblar.

Tünd rəngli bu pitonlarının vətəni Amerika deyil, onlar cənub-şərqi Asiyada yaşayıblar. Daha sonra Myanma, Nepal, Vyetnam, Kamboca, Tailand və Malayziyada yaşayıblar, Hindistanın şərqində və Cənubi Çində də onlara rast gəlinir. Floridaya onlar bu yaxınlarda gəliblər, mütəxəssislər arasında pitonların necə gəlməsi ilə bağlı indiyə qədər mübahisələr davam edir. Yalnız bir şey aydındır: bunda ekzotik heyvan həvəskarları günahkardırlar.

Doxsanıncı illərin əvvəllərində evdə nəhəng pitonları saxlamaq dəbdə idi. Onlar tamamilə zərərsiz görünürlər, bundan başqa onlar digər böyük sürünənlərdən daha sakit idilər və onları yedirtmək elə də çətin deyildi. Həmin vaxtlar Mayamiyə minlərlə piton idxal edilirdi və onları az qala qəpik-quruşa verirdilər. Təzə doğulmuş ilanları o vaxtlar 20-30 dollara əldə etmək mümkün idi.

Tünd rəngli pitonun orta uzunluğu — 3,7 metr idi. Bu növün ən böyük nümayəndəsinin uzunluğu isə 5,7 metrə qədər çatırdı. Lakin böyümüş pitonu zərərsiz adlandırmaq çətindir, onlar insanın asanlıqla uda bilər. Hətta kiçik piton da insana təhlükəli yaralar vura bilər.

Sonralar bu sürünənlər zoomağazalardan qaçır, bəzən də sahibləri onların təhlükəli olduğunu anlayanda küçəyə atırdılar. Bundan başqa, Floridada olan güclü qasırğa dağıdılmış heyvanxanalardan və tədqiqat mərkəzlərindən təxminən 15 min vəhşi heyvanın qaçmasına səbəb oldu.

Alimlər güman edirlər ki, onlardan bəziləri salamat qaldılar, sürünə-sürünə bataqlıqlara qədər çatmağı bacardılar və gizləndilər. İndi bu ilanlar o pitonların nəsillərindən qalanlardır.

Everqleyds milli parkında işləyən bioloq Skip Snou 1995-ci ildə bir neçə pitonu aşkarladı. Doğrudur, o meşənin dərinliyində ilanların yuvasını tapmadı. Amma bioloq hiss edirdi ki, bunlar zoomağazadan qaçanlarla oxşar deyildilər, onlar, bir qayda olaraq daha nəhəng idilər.

Snou öz şübhələri haqqında iş yoldaşlara danışdı, amma heç kim qulaq asmadı.

"Mənə deyirdilər ki, sən onların yuvalarını tapmamısan. Həm də onlar çox deyillər. Amma mən axtarışları davam etdirdim”, - deyə bioloq bildirir.

2000-ci ildən sonra onlar daha tez-tez görünməyə başladılar. Dönüş anı 2003-cü ildə oldu. Turist qrupu parkın girişində dayazlıqda qəribə hadisənin şahidi oldular. Onlar yaxınlaşdılar uzunluğu bir neçə metrə çatan nəhəng pitonla tutaşmış yekə alliqatoru gördülər. İlan yırtıcını boğmağa çalışırdı, o isə təslim olmurdu və ilanı çənəsi ilə sıxırdı.

Döyüş demək olar ki, bir sutka davam edib və heç-heçə ilə bitib. Yorğun alliqatorun zəifləyərək geri çəkilib və ilan yaralarını sağaltmaq üçün bataqlığa sürünüb. Bundan sonra Everqleyds pitonları haqqında bütün dünya bildi.

Qalmaqaldan sonra milli parkın rəhbərliyi ilanlarla bağlı araşdırmaya başladı. Parkın dərinliyinə doğru yola düşən bioloq Snou bir neçə ay davam edən axtarışdan sonra kiçik pitonları tapa bilib. Onlar təzə yumurtadan çıxan pitonlar idi. Bu təkzibedilməz sübut idi ki, Everqleydsdə yerləşmiş pitonlar sürətlə çoxalırlar.

Floridada 2005-ci ilə uzunluğu 533 santimetrdən çox olan iki mindən çox ilan tutulub. Alimlər tutulmuş sürünənlərin qarnından demək olar ki, bütün Florida heyvanlarını tapırdılar. Snou jurnalistlərə danışırdı ki, pitonlardan siçanların qalıqlarlarını şəxsən çıxardırdı. Bundan başqa oradan siçovullar, dovşanlar, yenotlar, vaşaqlar, hətta marallar, ördəklər, vağ quşları, ən faciəlisi isə Frensis ev pişiyini tapırdılar.

Alimləri ən çox təəccübləndirən o idi ki, necə olub ki, indiyə qədər heç bir insan bu nəhəng ilanlardan zərər çəkməyib.

15 il ərzində mütəxəssislər pitonlarla mübarizə aparmaq üçün bütün metodları sınaqdan keçiriblər. Onları itlərlə ovlamağa çalışırdılar, tələlər qururdular. Lakin sürünənlər sürətlə çoxalmağa davam edirlər.

2007-ci ildə hesab edilirdi ki, Everqleydsdə ən çox 5 min nəhəng piton yaşayır. 2015-ciyə onların sayı 100 minə qədər artıb. Alimlər güman edirlər ki, əgər qabaqlama tədbiri görülməsə, gələcəkdə bu növ ilanlar bütün Floridanı tuta və sonra başqa ştatlara hücuma keçə bilərlər.

Everqleydsdə 2013-cü ildə "Python Challenge” elan etdilər və pitonları ovlamaq üçün birinci ictimai yarış keçirdilər. Ən çox ilan öldürən insana 1500 min dollar mükafat söz verdilər. Ən uzun pitonun tutulması üçün təsəlliverici mükafat min dollar idi.

Floridanın cənubuna bütün Amerikadan təxminən 500 nəfər ovçu yığışdı. Hər kəs sürünənlərin öldürülməsinin ən yaxşı metodlarının təsviri və tövsiyyələr olan kitabçanı aldı. Bir ay ərzində ovçular yalnız 28 piton öldürdürə bildilər. Keçən il də bu tədbir təkrarladılar. Nəticə nisbətən yaxşı oldu, 1060 iştirakçı cəmi 102 ilanı məhv edə bildi. Məhz bundan sonra Hindistandan ilan tutan xüsusi ovçular dəvət edildi və birinci ayı ərzində ki 4 piton tutdular. Florida alimləri ümid edirlər ki, onlar taktikalarını tezliklə yerlilərə də öyrədəcəklər./virtualaz.org/

MediaFax