Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) başçısı Con Brennanın bəyanatını cavablandırıb.
C.Brennan bəyanatında Rusiyanın Suriyada "yandırılmış torpaq” taktikasından istifadə etdiyini bildirib.
Rusiyalı general-mayor deyib ki, ABŞ-ın başçılığı altında beynəlxalq koalisiya qüvvələri Suriyada İŞİD-in yalnız neft sənayesi obyektlərinə zərbə endirmir.
"CİA-nın vəzifəsini başa vuran başçısı Brennana yaxşı məlumdur ki, Rusiya Hərbi-Kosmik Qüvvələrinin Suriyadakı əməliyyatları başlayana qədər, hələ 2012-ci ildən etibarən, beynəlxalq koalisiya qüvvələri mütəmadi və məqsədyönlü şəkildə Suriyanın legitim hökumətinin vəziyyətini ağırlaşdırmaq üçün ölkənin bütün iqtisadi infrastrukturunu dağıdırdı. Nə qədər qəribə də olsa, ABŞ və onun tərəfdarlarının bombardmanlarından yalnız İŞİD-in neft hasilatı obyektləri zərər görməyib. Bu isə terrorçulara qeyri-qanuni neft satışından aybaay onlarla milyon dollar pul qazanmağa və sıralarını bütün dünyadan ora axışan muzdlularla doldurmağa yardım edib”, - Konaşenkov deyib./virtualaz.org/
MediaFax