Almeyda Azərbaycan millisində oynayacaq

Braziliyalı yarımmüdafiəçi Azərbaycan millisində oynamağa razılıq verib

AFFA-nın baş katibi Elxan Məmmədov "Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda ilə görüşüb. Apasport.az saytının məlumatına görə, görüş zamanı braziliyalının Azərbaycan millisində iştirakı müzakirə olunub.
 
Almeyda Azərbaycan milli komandasında oynamaqla bağlı AFFA-nın təklifini müsbət qarşıladığını bildirib. Bu il onun Azərbaycanda yaşamağının 5 ili tamam olduğunu nəzərə alan federasiya müvafiq prosedurlara başlayıb.
 
İyun ayında 5 ili tamam olacaq Almeyda həmin vaxtdan etibarən Azərbaycan yığmasının formasını geyinəcək.

MediaFax