Filippində fəaliyyət göstərən "Əbu Səyaf” qruplaşması 70 yaşlı girov Yurgen K.-nı edam ediblər.
Edam videosu bu gün yayımlanıb.
Məlumata görə, terrorçular ötən il noyabrın 6-da Filippin sahillərinə yan alan yaxtaya hücum edərək Yurgen K.-nı girov götürmüş, onun 59 yaşlı həyat yoldaşı Sabina K.-nı isə qətlə yetirmişdilər. Alman girovun azad olunması üçün "Əbu Səyaf” qruplaşması 570 min avro pul tələb edirdi.
"Əbu Səyaf” qruplaşması Filippinin cənubunda islam dövləti qurmaq üçün silahlı mübarizə aparır./modern.az/
MediaFax