Almaniyanın cənubundakı Ansbah şəhərində restoranda güclü partlayış baş verib.
Hadisə nəticəsində 1 nəfər ölü, 11 nəfər yaralanıb.
Partlayışın səbəbi hələ ki, məlum deyil. Polis ərazini əhatəyə alıb, faktla bağlı araşdırmalara başlanılıb.
Ansbah şəhərinin meri Karda Zaydel bəyan edib ki, baş verən insidentə səbəb partlayıcı qurğunun işə salınması olub: "Söhbət məişət qazından getmir, insidentə səbəb partlayıcı qurğunun işə salınması olub”.
Partlayış "Eugens Weinstube” restoranının qarşısında baş verib. Hadisə yerinə çox sayda polis və hərbi helikopterlər cəlb edilib. Bavariyanın daxili işlər naziri Yoahim Hermann hadisə yerinə yollanıb.
X X X
Şəhərdə baş verən insidentə səbəb partlayıcı qurğunun işə salınması olub.
APA-nın "Bild” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Ansbah şəhərinin meri Karda Zaydel bəyan edib.
"Söhbət məişət qazından getmir, insidentə səbəb partlayıcı qurğunun işə salınması olub”, deyə K.Zaydel bildirib.
Partlayış "Eugens Weinstube” restoranının qarşısında baş verib. Hadisə yerinə çox sayda polis və hərbi helikopterlər cəlb edilib. Bavariyanın daxili işlər naziri Yoahim Hermann hadisə yerinə yollanıb.
X X X
Almaniyanın Ansbah şəhərində törədilən partlayış nəticəsində yaralıların sayı 14-ə çatıb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, xəsarət alanlarda 3-ün vəziyyətinin ağır olduğu bildirilir.
Partlayışın kim tərəfindən törədildiyi hələ ki, məlum deyil. Partlayış "Eugens Weinstube” restoranının qarşısında baş verib. Bavariyanın daxili işlər naziri bildirib ki, hadisə nəticəsində 1 nəfər ölüb. Adı açıqlanmayan şəxsin Suriya əsilli olduğu qeyd olunur.
MediaFax