Almaniya Türkiyədəki səfirliyini bağladı

Almaniya təhlükəsizlik səbəbindən Türkiyədəki səfirliyini, konsulluğunu və məktəblərini bağlayıb.
 
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, buna səbəb kimi Almaniya təmsilçiliklərinə ehtimal edilən hücum göstərilib.
 
Almaniyanın səfirliyi, konsulluğu və məktəbləri sentyabrın 16-dək bağlı olacaq.
 
Xatırladaq ki, bu il martın 19-da Ankarada törədilən terror aktından iki gün əvvəl də Almaniya Türkiyədəki səfirliyini, konsulluğunu və İstanbuldakı alman liseyini təhlükəsizlik səbəbindən bağlamışdı.
 
Həmin terror nəticəsində 4 nəfər ölmüş, 36 nəfər isə yaralanmışdı./modern.az/

MediaFax