Almaniya hərbçilərinin sayını artırır

Almaniya Müdafiə Nazirliyi ölkə ordusunun sayını artıracaq.

Rəsmi Berlin bu addımı yaranan yeni təhdidlərlə əlaqədar atmağı planlaşdırır. Yeni plana əsasən, 2024-cü ilə qədər ölkə ordusunun sayı 20 min nəfər artaraq 198 min nəfərə çatmalıdır.

Qeyd edək ki, 1990-cı illərin sonunda Almaniya ordusunun sayı 585.000 nəfər olsa da, sonradan bu rəqəm xeyli azaldılıb. Hazırda orduda 168 min peşəkar hərbçi xidmət edir.

Bununla bərabər, Almaniya ordusunda daha 10 min könüllü var./axar.az/

MediaFax