Almaniya futbolçuları ölümdən döndü

Almaniyanın "Borussiya” klubunun ölkənin III liqasında mübarizə aparan "Erfrut” klubu ilə planlaşdırdığı yoxlama oyunu təxirə düşüb.

Buna Dortmund klubunun Erfurta gedə bilməməsi səbəb olub. Belə ki, "Borussiya” ötən gün təyyarə ilə Erfruta uçub. Ancaq klubu aparan təyyarə kəskin hava şəraitinə görə şəhərin hava limanına eniş edə bilməyib.

Yerli mətbuatda yer alan xəbərə görə, təyyarə bir neçə dəfə Erfurtun hava limanının üzərində dövrə vursa da, eniş edə bilməyib. Vəziyyətin gərginləşdiyini görən pilot dərhal geridönüş qərarı qəbul edib.

İddialara görə, "Borussiya” baş verə biləcək faciədən qurtulub.

Qeyd edək ki, sonuncu dəfə Braziliyanın "Şapekoense” klubunu Kolumbiyaya aparan təyyarə qəzaya uğramışdı. Ötən ilin noyabrın 29-də baş verən qəzada 71 nəfər dünyasını dəyişmişdi./qafqazinfo.az/

MediaFax