Alimlər yeni növ göbələk aşkarladılar

Lomonosov adına Moskva Dövlət Universitetinin alimləri Rusiyanın Tver vilayətində yeni növ "Entoloma krutiсianum” göbələyini aşkarlayıblar.

Rusiya KİV-i xəbər verir ki, tədqiqatın nəticələri "Persoonia” jurnalında dərc olunub.

Yeni növ göbələk 2015-ci ilin payızında Тver vilayətində aparılan ekspedisiya zamanı aşkarlanıb. Göbələyin bu növü şam meşələrində bitir. "Entoloma krutiсianum” göbələyi yeyilməyəndir.

Mütəxəssislər ekologiyanın bu sahəsi üzrə tədqiqatlara ehtiyac olduğunu bildiriblər. Onlar bu tədqiqatların mühafizə edilən təbiət əraziləri üçün daha aktual olduğunu söyləyiblər./modern.az/

MediaFax