Alimlər uzun ömrün sirrini açıqladılar

Alimlərin fikrincə, gün ərzində 10 porsiya tərəvəz və meyvə qəbulu ömrü uzada bilər.
 
İmperial College London-dan olan alimlərin qənaətinə görə, bu tövsiyyələrə əməl olunması ildə 7,8 milyon vaxtından əvvəl ölümün qarşısını ala bilər.

Bir porsiya 80 qramdır. Orta ölçülü bir banan, bir armud və ya 3 çay qaşığı ispanaq və noxud təqribən bu tutumdadır. Hətta kiçik miqdarda qəbul edilən meyvə və tərəvəz belə orqanizm üçün faydalıdır.

Lakin insan meyvə və tərəvəzi nə qədər çox qəbul etsə, bu bir o qədər yaxşıdır.

Gün ərzində qəbul edilən 200 qram tərəvəz və ya meyvə aşağıdakı təhlükələri azaldır:

Ürək-damar xəstəliyindən ölmə riski - 13%

Xərçəngin inkişafı riski - 4%

Vaxtından əvvəl ölüm riski - 15%.

Gün ərzində qəbul edilən 800 qram meyvə və tərəvəz isə aşağıdakı təhlükələri azaldır

Ürək-damar xəstəliyindən ölmə riskini - 28%

Xərçəngin inkişafı riskini - 13%

Vaxtından əvvəl ölüm riskini - 31%.

Ekspertlərin bu qənaətə gəlməsinə apardıqları 95 tədqiqatın nəticələri səbəb olub. International Journal of Epidemiology jurnalında dərc edilən tədqiqat 22 milyon insanın yemək vərdişini araşdırıb.

Alimlər həmçinin bəzi xəstəliklərin meydana gəlməsində və ya inkişaf etməsi təhlükəsinin qarşısının alınmasında daha effektiv olan meyvə və tərəvəzləri ayırd ediblər.

Belə ki, xərçəng riskini yaşıl və sarı tərəvəzlərlə yanaşı gül kələmindən istifadə də azaldır. Ürək-damar xəstəlikləri riskini isə alma, armud, sitrus meyvələri, salatlar azalda bilər.

Bundan başqa meyvə və tərəvəz xolesterinin səviyyəsini və qan təzqyiqini aşağı salır, qan dövranının və immun sisteminin daha sağlam olmasına yardım edir.

Ümumdünya Səhiyyə Təşkilatı gün ərzində 5 porsiya (təqribən 400 qram) meyvə və tərəvəz yeməyi tövsiyyə edir. Bura bütün meyvə və tərəvəzlər daxidlir.
 
Hətta dondurulmuş meyvə və tərəvəzlər belə.

Lakin həkimlərin fikrincə bu tövsiyyələrə çox az insan əməl edə bilər./virtualaz.org/

MediaFax