Əslən azərbaycanlı olan Aleksandr Səmədovun yeni klubu rəsmən bəlli olub. "Qafqazinfo” xəbər verir ki, futbolçu gözlənildiyi kimi "Spartak”a keçib.
Təcrübəli yarımmüdafiəçi yeni klubu ilə 2,5 illik müqavilə imzalayıb. Rusiya millisinin üzvü hər ili üçü 1,8 milyon avro maaş alacaq.
Bu keçid üçün "Spartak” "Lokomotiv”ə 3,5 milyon avro ödəyib. Baxmayaraq ki, Səmədovun sərbəst buraxılmasının dəyəri müqaviləsində 5 milyon avro göstərilmişdi.