Aİ-nin vahid ordusu yaradılsın - Təklif

Çexiyanın baş naziri Boquslav Sobotka Avropa İttifaqının (Aİ) vahid ordusunun yaradılmasına çağırıb.

Bu barədə TASS xəbər verir.

Baş nazir deyib ki, Aİ-nin vahid Silahlı Qüvvələrinin yaradılması təşkilatın xarici sərhədlərinin effektiv qorunması üçün labüddür: "Uzaq perspektivdə birgə Avropa ordusu olmadan keçinə bilməyəcəyik".

B.Sobotka bildirib ki, payızda Aİ ordusunun formalaşdırılması üzrə planın icrasında xeyli irəliləyiş gözlənilir./trend.az/

MediaFax