Ahıl ər-arvadın öldürüldüyü məlum oldu

Bu gün Lənkəranda günorta saatlarında yaşadıqları evdə meyitləri aşkarlanan ahıl ər-arvadın öldürüldüyü məlum olub.
 
Bu, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinin yekun rəyində əksini tapıb.
 
Rəyə əsasən hər iki şəxsin bədənində və baş nahiyələrində xəsarətlər aşkarlanıb. Onların bu xəsarətlərdən öldüyü qənaətinə gəlinib./APA/

MediaFax