Afrikada əcnəbilərə qarşı Etiraz aksiyası

Cənubi Afrika Respublikasında yüzlərlə insan bütün əcnəbilərin ölkədən qovulması üçün etiraz aksiyası keçirib.

Paytaxt Pretoriyada etirazçılar Daxili İşlər Nazirliyinin binasına doğru yürüş edib, yolları bağlayıb, şinləri yandırıblar.

Etirazçılar miqrantları ölkədə işsizliyin əsas səbəbkarları kimi görürlər. Kütləni dağıtmaq üçün polis gözyaşardıcı qazdan, su şırnağından və rezin güllələrdən istifadə edib.

Etirazın davam etdiyi bir həftə boyuca nümayişçilər qarşıdurma yaradıblar, pakistan və somalilərə məxsus mağazaları yarıblar. İnsident nəticəsində yeddi nəfər saxlanılıb./qafqazinfo.az/

MediaFax