AFFA “Xəzər Lənkəran”la pul məsələsini yoluna qoydu

UEFA-dan "Xəzər Lənkəran”a ödənilən pul klubun hesabına köçürülüb.
 
2015-2016-cı il mövsümü üçün uşaq futboluna görə UEFA tərəfindən ayrılan 51 min 104 avro əyalət klubuna ödənib.
 
Bir müddət UEFA tərəfindən AFFA-ya göndərilən məbləği saxlayan sonuncular qitə futbol qurumuna müraciət göndərmişdi. Cənubluların yaranan borc öhdəlikləri ilə əlaqədar UEFA-ya yönələn sorğuya gələn cavabda maliyyə vəsaitinin müvafiq qaydada "Xəzər Lənkəran” klubunun hesabına köçürülməsi qeyd olunub. Bu gün də vəsait AFFA tərəfindən "Xəzər Lənkəran” klubunun hesabına köçürülüb./apasport.az/ 

MediaFax