Afaq Məsudun qəzeti bağlandı

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Aydın yol” qəzeti fəaliyyətini dayandırıb.
 
Bu barədə Mərkəzin dierktoru Afaq Məsud əmr imzalayıb. Qəzet əməkdaşlarının Mərkəzdə işlə təmin olunacağı gözlənilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Prezidentin 2012-ci il 23 may tarixli Sərəncamıyla yaradılıb. Bu yaxınlarda Prezidentin digər sərəncamı ilə qurum publik hüquqi şəxslərin siyahısına daxil edilib. Mərkəzin həftəlik "Aydın yol” qəzeti 2014-cü ilin sentyabrından nəşr olunurdu./teleqraf.com/

MediaFax