Fransanın yeni daxili işlər naziri Bruno Le Ru Fransa parlamentinin üzvü statusunda 2015-ci ilin sentyabr ayında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər edib. Onun adı arzuolunmaz şəxslər siyahısındadır.
Bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının qanunları, ərazi bütövlüyü və suverenliyini pozaraq işğal olunmuş ərazilərə qeyri-leqal səfər edən hər bir əcnəbi vətəndaş tutduğu vəzifə mövqeyindən və kimliyindən asılı olmayaraq arzuolunmaz şəxslər siyahısına daxil edilir.
"Qanun qanundur və hamıya da eyni cür şamil olunur", - deyə XİN-in mətbuat katibi bildirib./report.az/
MediaFax