Prezident İlham Əliyev Yasamal Yaşayış Kompleksində ilk 9 mərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimində iştirak edib
Dekabrın 24-də Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimi keçirilib.
"Report" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev dövlət başçısına yaşayış kompleksində görüləcək işlər barədə məlumat verib.
Prezident İlham Əliyev Yasamal Yaşayış Kompleksində inşa olunacaq ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlini qoyub.
Sonra dövlət başçısı mərasimdə çıxış edib.
Qeyd edək ki, bu gün prezident İlham Əliyevin doğum günüdür. Onun 55 yaşı tamam olur.
MediaFax