Aclıq aksiyasına başlayacağam - Çovdarov

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesdə vaxtilə MTN-də çalışmış bir nəfər və hazırda DTX-da işləyən başqa bir şəxs şahid qismində ifadə veriblər. Onlar nazirliyə gələn şəxsləri qarşılayıb yuxarı qaldırdıqlarını deyiblər. Prosesdə A. Çovdarovun vəkilləri ekspertiza məsələsini qaldırıblar. Bildiriblər ki, ona holter aparatının qoyulması və istədikləri həkimlərin onu müayinə etmələri barədə tələbləri ekspertiza tərəfindən təmin edilməyib. A. Çovdarov bildirib ki, ona formal ekspertiza lazım deyil:"Əgər bu tələblərə əməl olunmasa mən növbəti prosesə gəlməkdən imtina edəcəyəm və aclıq aksiyasına başlayacağam".
 
Proses fevralın 1-də davam edəcək.

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib./APA/

MediaFax