Suriya prezidenti Bəşər Əsəd İŞİD terrorçularının ABŞ-ın "yaşıl işığı" ilə Palmira şəhərinə hücum etdiyini və ABŞ qüvvələrinin terrorçuların hücumunun qarşısının alınması üçün heç cəhd göstərmədiyini qeyd edib.
Deyerler.org xəbər verir ki, Suriya prezidenti dekabrın 15-də Rusiyanın Kanal 2 dövlət televiziyasına verdiyi müsahibəsində, İŞİD-in Palmairaya hücumu məsələsində ABŞ-ın rolundan danışıb. Əsəd ağır silahlarla təchiz olunmuş xeyli sayda terrorçunun onlarla kilometr yol qət etməsindən sonra Palmiraya hücum etmələrini bir ilk kimi, qiymətləndirib. Suriya prezidenti xaricdən dəstək olmadan İŞİD-in bu şəhərə hücum etməsinin qeyri-mümkün olduğunu vurğulayıb.
Bəşər Əsəd terrorçuların Raqqa və ya Deyr Əz-Zor üzərindən ABŞ-ın birbaşa dəstəyi ilə Palmiraya hücum etdiyini qeyd edib. "ABŞ hava qüvvələrinin Mosul və Raqqada İŞİD terrorçularının mövqelərinə qarşı heç bir hücum cəhdi etməmələri, onların daima İŞİD-ə dəstək verdiyini göstərir", - deyə Əsəd bildirib.
MediaFax