ABŞ vətəndaşlarına Türkiyə ilə bağlı xəbərdarlıq etdi

ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına Türkiyənin cənub-şərq bölgəsinə səyahət etməməyi məsləhət görüb.

DHA xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytında xəbərdarlıq yayıb.

Məlumata görə, departament dövlət məmurlarına İstanbul və Türkiyənin cənub-şərq bölgəsinə edəcəkləri rəsmi səfərlərə məhdudiyyət qoyulmasını məsləhət görüb.

Xəbərdə bildirilib ki, qurum bu xəbərdarlığı Türkiyədə edilən terror hücumları ilə əlaqələndirib./virtualaz.org/

MediaFax