Bu gün ABŞ-ın Ankaradakı səfirliyi ötən gecə baş verən iki atışmanın səbəbindən bağlı olacaq. Silahlı şəxs səfirliyə soxulmağa cəhd göstərsə də, polis onu saxlaya bilib.
Modern.az xəbər verir ki, ABŞ-ın Ankaradakı səfirliyinin "Twitter"dəki səhifəsində bu haqda məlumat verilib.
Məlumata görə, ABŞ-ın Ankaradakı səfirliyi, həmçinin İstanbul və Adanadakı konsulluğu bu gün bağlanıb. Bildirilir ki, bu gün iş günü olmayacaq.
Xatırladaq ki, ötən gün Rusiyanın Ankaradakı səfiri Andrey Karlov sui-qəsd nəticəsində öldürülüb.
MediaFax