ABŞ ordusuna məxsus ağır texnika Estoniyaya gətirilib.
Bu barədə informasiyanı Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahı yayıb. Yeni gələn ağır texnika ABŞ ordusunun 68-ci alayının 1-ci bölüyünə məxsusdur.
Rəsmi Tallin bölüyün şəxsi heyətinin ölkəyə keçən həftə gəldiyini bildirib. Bu qüvvələrin yaza qədər Estoniyada qalması nəzərdə tutulub.
Qeyd edək ki, yazda Estoniyaya NATO-nun beynəlxalq batalyonu yerləşdiriləcək. Tərkibi 1200 nəfərdən ibarət olacaq. Batalyonun 800 nəfərini Böyük Britaniya, qalanlarını isə Fransa və Danimarka hərbçiləri təşkil edəcək.
Dünən Amerika həmçinin Latviyaya da 250 hərbçi göndərib./axar.az/
MediaFax