ABŞ Suriyadan üzr istədi

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Suriya prezidenti Bəşər Əsəddən üzr istədiyini deyib.
 
Rusiya KİV xəbər verir ki, Amerika tərəfi Deyr-Əz-Zor şəhərində koalisiya qüvvələrinin səhvən Suriya ordusunun mövqelərini bombalamasına görə bu addımı atıblar.
 
Lavrov amerikalıların İŞİD mövqelərini bombalayarkən səhvən Suriya ordusuna hücum etdiyini deyib.
 
Xatırladaq ki, həmin insident zamanı 62 suriyalı əsgər həlak olmuş, 100-dən artığı isə yaralanmışdı./modern.az/

MediaFax