ABŞ hökuməti 2016-cı ilin sentyabrında baş vermiş və 130 nəfərdən çox insanın həlak olduğu daşqınla əlaqədar Şimali Koreyaya humanitar yardım etməyi qərara alıb.
TASS xəbər verir ki, bu barədə Şimali Koreyanın mərkəzi televiziyası bildirib.
Hazırda iki ölkə arasında diplomatik münasibətlər olmadığından, bütün ikitərəfli məsələlər Şimali Koreyakı İsveç nümayəndəliyi tərəfindən həll edilir.
Fevralın 10-da ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın nüvə və raket təhdidlərinin zərərsizləşdirilməsini prioritet məsələ adlandırıb. O, Şimali Koreyanı nüvə və raket proqramlarını dayandırmağa çağırıb./report.az/
MediaFax