ABŞ Rusiyaya 72 saat vaxt verdi, səfirliyi bağladı - GƏRGİNLİK SON HƏDDƏ

ABŞ 35 rusiyalı diplomata ölkəni tərk etmək üçün 72 saat vaxt verib.

ABŞ hökuməti ölkədən 35 rusiyalı diplomatı çıxarır.
 
"RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə "Röyters”ə Amerika administrasiyasından bildirilib.    
 
Məlumata görə, onlar diplomatik fəaliyyətin qaydalarını pozmaqda ittiham olunurlar. 
 
Diplomatlar 72 saat ərzində Vaşinqton və San-Fransiskodan çıxarılacaqlar. 
 
Bundan başqa, ABŞ hökuməti Rusiyanın Merilənd və Nyu-Yorkdakı diplomatik nümayəndəliklərini bağlamağı qərara alıb. ABŞ rəhbərliyi qeyd olunan diplomatik nümayəndəliklərin kəşfiyyat məqsədləri üçün istifadə edildiyini iddia edir.  

MediaFax