ABŞ qırıcıları Suriyada şou göstərdi

ABŞ Müdafiə Nazirliyi Suriyada aparılan hərbi əməliyyatlarla bağlı məlumat yayıb.

Pentaqon sözçüsü Peter Kuk Türkiyənin tələbi ilə koalisiya döyüş təyyarələrinin Əl Bab üzərində uçuşlar keçirdiyini deyib:

"Təyyarələr ötən həftə Əl Babda terrorçuların atəşinə məruz qalan türk hərbçilərə dəstək vermək üçün uçuş keçirib. ABŞ təyyarələri bu uçuşlar zamanı hərbi təchizat daşımayıb, bombardman da olmadı. Sadəcə dəstək məqsədli, şou xarakterli uçuş olub”./axar.az/

MediaFax