ABŞ kəşfiyyatı Davudoğludan istifadə edirdi - Şok iddia

Türkiyənin qonşu ölkələrlə üz-üzə qalma ehtimalı çox olduğundan ABŞ bu ideyanı dəstəkləyirdi.

Bunu Türkiyənin Vətən Partiyasının sədr müavini, təqaüddə olan general-mayor Bəyazid Qaradaş Tasnim agentliyinə müsahibəsində deyib.

Türkiyənin Yaxın Şərqdə atdığı addımlardan danışan siyasətçi Yeni Osmanlı fikrinin kökündən yanlış olduğunu iddia edib:

"Türkiyənin torpaq almaq kimi bir niyyəti yoxdur. Yeni Osmanlı fikri Davudoğlu (Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu – red) tərəfindən ortaya atılıb. Türkiyənin qonşu ölkələrlə üz-üzə qalma ehtimalı çox olduğundan ABŞ bu ideyanı dəstəkləyirdi. Yeni Osmanlı ideyası ABŞ-ın və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Davudoğludan istifadə edərək ortaya atdığı təbliğat vasitəsidir”./axar.az/

MediaFax