ABŞ İrana qarşı sanksiyaları uzadır

ABŞ Nümayəndələr Palatası İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılmasına səs verib.
 
"RİA Novosti”nin verdiyi xəbərə görə, Nümayəndələr Palatasının 419 üzvü sanksiyaların uzadılmasını dəstəkləyib. Cəmi bir nəfər sənədin əleyhinə çıxış edib. Qanun layihəsi təsdiqlənməsi üçün Konqresin yuxarı palatasına – Senata təqdim ediləcək.
 
Yeni layihə dekabrın 31-də qüvvədən düşəcək hazırkı qanunla eynidir./APA/

MediaFax