ABŞ Prezident Administrasiyası bu ilin əvvəlində gizli yolla İrana 400 milyon dollar göndərib.
Bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Qəzetin məxfi mənbələrinin məlumatına görə, pullar İrana İsveçrə bankı vasitəsilə markalanmamış təyyarədə göndərilib: "Pullar xarici valyutalar formasında İrana daxil olub. İranla ABŞ arasında dollar vasitəsi ilə əməliyyatlar qadağan edilib".
Nəşr iddia edir ki, bu pullar İranda həbs olunan 4 amerikalının azadlığa buraxılması üçün göndərilib. Ancaq Ağ Ev rəsmiləri belə bir faktın olmadığını bildiriblər./teleqraf.com/