“ABŞ-Çin müharibəsi başlaya bilər”

ABŞ-la Çin arasında müharibə başlaya bilər.

Bu iddia ilə Çin Kommunist Partiyasının qəzeti olan "Qlobal Tayms” çıxış edib. Qəzetin bu çıxışına səbəb ABŞ dövlət katibi vəzifəsinə namizəd Reks Tillersonun Senatdakı dinləmələr zamanı işlətdiyi ifadələr olub:

"Əgər Tillerson böyük nüvə gücünün öz torpaqlarını tərk etməsini istəyirsə, gərək nüvə silahından istifadə strategiyası haqqında düşünsün. ABŞ bizi başqa cür Cənubi Çin dənizindəki adalardan çıxara bilməz. Görünür, Tillerson, sadəcə, Senat qarşısında xal toplamaq üçün Çini hədəf seçib”.

Qeyd edək ki, Tillerson Senat qarşısında çıxışı zamanı dövlət katibi olacağı halda ilk işinin Çinə mesaj göndərmək olacağını bildirib. O, Pekini Cənubi Çin dənizindəki mübahisəli adalardan çıxarmağa çalışacağını bildirib./axar.az/

MediaFax