ABŞ-ın Kaliforniya ştatında olan ölkənin ən yüksək Oroville gölününün sahilindəki eyni adlı su bəndində böyük sızıntı başlayıb.
Milli.Az DailyMail-ə istinadən xəbər verir ki, son günlər əraziyə həddindən artıq yağıntının düşməsi ABŞ-ın ən Oroville gölündəki su səviyyəsinin yüksəlməsinə səbəb olub. Suyun səviyyəsini azaltmaq üçün işlərə başlayan əməkdaşlar bənddə dəlik əmələ gəldiyini görüblər.
Dəliyin böyüməyə başlaması və su basqınlarına səbəb olması riski səbəbiylə təxminən 16 min əhalisi olan Oroville qəsəbəsi və ətrafındakı digər məntəqələrdəki əhalinin bölgədən çıxıb, daha yüksək yerlərə getmələri barədə xəbərdarlıq edilib.
"CNN International” ən azı 188 min insanın təxliyə edildiyini yazıb.
Xəbərdarlıq sonrası minlərlə şəxs avtomobilləri ilə qəsəbədən çıxmaq üçün yola düşüb, yollarda böyük tıxac yaranıb.
MediaFax