ABŞ ordusuna məxsus yüzə yaxın tank və digər hərbi texnika Almaniya sahillərinə çatıb.
Axar.az xəbər verir ki, 87 ədəd "Abrams M1A1” tankı, 20 ədəd "Paladin” özüyeriyən artilleriya qurğusu, 136 ədəd "Bradley” döyüş avtomobili və yüzlərlə zirehli transportyorun olduğu toplam 2800 silah Bremerxafen limanından Rusiyaya qonşu olan NATO ölkələrinə göndəriləcək.
Üç yük gəmisi ilə gələn hərbi təchizatdan başqa 4 min ABŞ hərbçisinin Avropaya ayaq basacağı bildirilir.
ABŞ ordusunun general-leytenantı Tim Makkure limanda verdiyi açıqlamada bunun rəqiblərə işarə olduğunu deyib:
"Bu, Şərqi Avropadakı müttəfiqlərimizin Birləşmiş Ştatların daima nəzarəti altında olduğuna bir işarədir”.
Qeyd edək ki, NATO üzvü olan Almaniya, Kanada və İngiltərə hər biri 1000 hərbçidən ibarət qoşun birləşmələrini Latviya, Litva və Estoniyaya yollayıb.
Rəsmi Moskva hadisəyə hələlik münasibət bildirməyib.
NATO-nun ən xırda həmləsinə belə cavab verəcəklərini deyən Rusiya Prezidenti Vladimir Putin Kalininqrada S-300 və "İsgəndər” raketlərinin göndərilməsi barədə tapşırıq verib. Rusiya Polşa ilə sərhədə də xeyli canlı qüvvə yeridib.
MediaFax