ABŞ Gürcüstanda hərbi hazırlıq mərkəzi tikəcək.
Bu barədə Gürcüstan müdafiə naziri Levon İzoriya ilə ABŞ-ın briqada komandiri Antonio Aqustonun Almaniyadakı görüşündə razılıq əldə edilib.
Mərkəz ABŞ-ın Almaniyadakı bazasına oxşar şəkildə inşa ediləcək.
Gürcüstanın müdafiə naziri qeyd edib: "Bu çox iddialı bir plandır və bu il həyata keçirmək niyyətindəyik".
Yaxın vaxtda A.Aqustonun tikintinin detallarını müzakirə etmək üçün Gürcüstana səfəri gözlənilir./trend.az/
MediaFax