ABŞ düşmən obrazında Rusiyanı yox, Çini seçir

ABŞ-ın 45-ci prezidenti Donald Tramp dövlətin Asiya strategiyasını yenidən qurur. 
 
Yeni strategiyada əsas öncüllük Çinin getdikcə artmaqda olan siyasi və iqtisadi nüfuzunun qarşısının alınmasına verilib.

Bunu Ağ Evin yeni rəhbərinin Çinin opponentləri hesab edilən dövlət başçıları ilə intensiv əlaqələrindən də görmək mümkündür.

Onlardan biri, Yaponiyanın baş naziri Sindzo Abe fevralda ABŞ-a rəsmi səfər edəcək.

ABŞ və Hindistan liderləri arasında telefon danışığının yekunu olaraq Hindistan baş naziri Nerandra Modinin də Vaşinqtona səfəri planlaşdırılıb.

Analitiklərin rəyinə görə, yeni administrasiyanın Çini durdurmaq siyasəti ABŞ-ın Sakit okean əməkdaşlıq müqaviləsini (TPP-red.) tərk etməsindən sonra müttəfiqlərini sakitləşdirmək məqsədilə həyata keçirilir.

Vaşinqtonun yeni strategiyası Moskvanı da çıxılmaz vəziyyətə salıb. Kreml bir tərəfdən Rusiyadan mövcud situasiyada kömək gözləyən Pekinlə strateji əməkdaşlığın möhkəmləndirməli, digər tərəfdən isə Donald Tramp komandası ilə münasibətləri yenidən tənzimləməlidir.

Trampın seçkiqabağı çıxışlarında vəd etdiyi və Ağ Evə yerləşdikdən sonra həyata keçirdiyi kimi ABŞ-ı Sakit okean əməkdaşlıq müqaviləsindən çıxarmasının region dövlətlərində yaratdığı şok tədricən keçmək üzrədir. 

Vaşinqton bunun yerinə özünə dost saydığı ölkələrə ikitərəfli əməkdaşlığın daha da təkmilləşdirilməsini təklif edir. Bir çoxları könülsüz də olsa ABŞ-ın yeni oyun qaydalarını qəbul etməyə məcbur olub.

ABŞ-ın yeni müdafiə naziri Ceyms Mettisin ilk xarici səfərlərini Tokio və Seula  etməsi bunun örnəklərindən biridir. Qeyd olunur ki, həm Yaponiya, həm də Cənubi Koreyada ABŞ-ın böyük hərbi bazaları və çoxminli orduları yerləşib.

Yaponiya baş naziri Sindzo Abe Donald Trampla hələ keçən ilin niyabrın 17-də görüşməyə macal tapıb.

Abe özünün bu ilin yanvarın 20-də parlament qarşısında proqram nitində ABŞ-ın yeni prezidenti ilə müttəfiqlik əlaqələrinin qurulmasının vacibliyini vurğulayıb.

Ağ Evin Sakit okean müttəfiqləri ilə münasibətlərdə yenidənqurma siyasəti onun strateji cəhətdən daha bir vacib regionda, Cənubi Asiyada davam etdirlir. Buna örnək olaraq Donald Trampın Hindistanın baş naziri Nerandra Modi ilə gerçəkləşdirdiyi telefon danışığını göstərmək olar.

Ağ Evin mətbuat xidmətindən yayılan press-relizə görə tərəflər iqtisadiyyat və müdafiə sahəsində iki ölkə arasında əməkdaşlığın möhkəməndirilməsi imkanlarını, habelə Cənubi və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Bundan başqa, Hindistan baş nazirinin Vaşinqtona səfəri ilə bağlı razılıq əldə olunduğu deyilir.

Danışıqlarda Çinin adı çəkilməsə də tərəflər təhlükəsizlik məsələrini müzakirə bu mövzudan yan keçməyiblər.

"Hindistan və Çin uzun müddətdir ki regional liderlik uğrunda amansız rəqabətdədir. ABŞ-ın Hindistana yaxınlaşmaqla bağlı siyasəti onun Çinə qarşı mübarizədə Asiyanın müxtəlif regionlarında dayaq nöqtələri axtarmaq niyyətlərindən xəbər verir”, -Dehlidə yerləşən  Observer Research Foundation təşkilatının vitse-prezidenti Nandan Unnikrişnan qeyd edir.

Ekspertlərin rəyinə görə, Asiya-Sakit okean istiqaməti prezident Tramp üçün xarici siyasətdə açar rolu oynayacaq. Burada ilk önəm Çin ilə münasibətlərin yenidən qurulmasına yönələcək.

Siyasi analitiklər Trampın Çinə qəzəbinin təsadüfi olmadığını bildirirlər.

Anti-Çin əhval-ruhiyyəsi təkcə ABŞ siyasətçiləri, ekspertləri və hərbçiləri arasında deyil, həm də biznes dairələrində də hökm sürməkdədir.

Çinin hərbi quruculuq proqramlarının inkişafının yüksək tempi, habelə Çin ordusunun havada, quruda, dənizdə, hətta kosmosda aktivliyini artırması, o cümlədən Pekinin hərbi xərclərinin miqdarındakı fantastik yüksəliş Vaşinqtonun siyasi-hərbi dairələrini olduqca qayğılandırır.

Trampın yeni Asiya strategiyası Moskvanı olduqca mürəkkəb duruma salır. Kreml indi iki bir-biri ilə ilə tərs gələn vəzifənin öhdəsindən gəlməlidir- Pekinlə strateji partnyorluğun gücləndirilməsi və Vaşinqtonla münasibətlərin yeni zəmin və əsaslar üzərində düzəldilməsi.

"Pekində ABŞ-ın anti-Çin ritorikasının sərtləşdiməsindən sonra Ağ Evin bu yöndə atacağı konkret addımlar böyük narahatlığa səbəb olub. Bizim üçün bəsit olmayan belə bir vəziyyətdə Moskvanın köməyinə ciddi ehtiyac duyuruq”,- adını çəkilməsini istəməyən Çin diplomatı Rusiya mətbuatına bildirib.

Rusiya ekspertləri ABŞ və Çin arasında yaranacaq qarşıdurma ilə bağlı Moskvanın əlinə fürsət düşdüyünü və Putin administrasiyasının  bundan yararlana biləcəyini söyləyirlər. Onların fikrincə Kreml hər iki tərəfə loyallıq nümayiş etidrək vədi müqabilində özü üçün əlverişli güzəştlər qopara bilər.

Rusiya analitikləri Çinin də vaxtilə ABŞ-Rusiya münasibətlərinin pisləşdiyi məqamlarda Moskvanın düşüdüyü ağır vəziyyətdən necə lazımdır istifadə etdiyini vurğulayır.

Məsələn Çinə ötürülən qazın qiyməti ilə bağlı danışıqlarda Pekin Rusiyanın ziyanına işləyən bir çox sazişləri Kremlə imzalatdıra bilmişdi./musavat.com/

MediaFax