ABŞ bizə yardım edir - Kürd terrorçu

ABŞ Mərkəzi Qüvvələr Komandanı Jozef Votel Kobanidə Demokratik Suriya Qüvvələri ilə görüşüb.
 
Votel PYD terrorçuları ilə görüşü zamanı Rakka əməliyyatı və hərbi yardımla bağlı məsələləri müzakirə edib.

Demokratik Suriya Qüvvələrinin sözçüsü Telal Silo görüşdən sonra keçirdiyi mətbuat konfransında Votelin onlara silahlanmaqda kömək edəcəyini bildirib./axar.az/

MediaFax